Dünya reytinqində ikinci yerdə olan ispan tennisçi Karlos Alkaras turnirlərin bir həftə ərzində keçirilməsinin tərəfdarı olduğunu bildirib. O, bunun tennisçilərə yarışlar arasında daha çox vaxt verdiyini qeyd edib.
"Mən həmişə bir həftəlik turnirlərin tərəfdarı olmuşam. Düşünürəm ki, onlar daha yaxşıdır. Məsələn, Madrid bir həftəlik turnir olsaydı, növbəti həftəni boş keçirərdim və bu, oynamağa da kömək edir. Eyni şey Roma üçün də keçərlidir.
Əminəm ki, həftəlik turnirlər daha yaxşı tennis və daha çox hərəkət yaradır. Bu, Monte-Karloda özünü açıq şəkildə göstərirdi. İlk gündə bir neçə əla matç oldu. Bu, turniri tamaşaçılar, xüsusən də tennisi çox izləməyənlər üçün daha cəlbedici edir", – deyə Alkaras mətbuat konfransında bildirib.