Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 1/4 final mərhələsinin ikinci oyunları start götürür. Sport24.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
Gəncə İdman Sarayında baş tutacaq görüşdə şəhərin eyniadlı komandası "Ordu" ilə üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da başlayacaq. İlk görüşdə "hərbçilər" üstün olub - 108:106.
Günün ikinci matçında NTD və "Neftçi" qarşılaşacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. İlk matçda NTD rəqibindən üstün olub - 97:94.
qeyd edək ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.