"Liverpul" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün əsas hədəflərindən birini müəyyənləşdirib. "Mersisayd" təmsilçisi Bornmut"un müdafiəçisi Markos Senesi ilə heyətini möhkəmləndirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "İ paper" məlumat yayıb.
Mənbənin sözlərinə görə, argentinalı müdafiəçi cari mövsümün sonunda klubundan ayrılmağa hazırlaşır. 28 yaşlı futbolçunun transferi uğrunda Premyer Liqanın bir neçə nəhəng klubu mübarizə aparsa da, hazırda "qırmızılar" bu yarışda bir addım öndədir.
Qeyd edək ki, Markos Senesi 2022-ci ilin yayında "Feyenoord"dan 15 milyon avroya "Bornmut"a keçib.