"Neftçi"nin U-16 komandasının məşqçisi Elnur İmanquliyev xoşagəlməz hadisə ilə üzləşib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis Bakının Nərimanov rayonunda yerləşən ata evinin tikinti şirkəti tərəfindən qanunsuz söküldüyünü söyləyib.

 

O, müvafiq dövlət qurumlarından kömək istəyib.

 

Məşqçinin sözlərinə görə, bugünlərdə dünyasını dəyişmiş atasının yas mərasimini keçirməyə hazırlaşarkən, belə bir hadisə baş verib. Gecə saatlarında əraziyə yeridilən ağır texnika ilə 6 sotluq həyət evi dağıdılıb.

 

Ətraflı İTV-nin süjetində: