Cüdo millimiz Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında çıxış edir. Sport24.az xəbər verir ki, komandamız aktivinə ilk medalını yazdırıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək nüfuzlu qitə turnirinin bürünc medalını qazanıb.
Çempionata aprelin 19-da yekun vurulacaq.