"Mançester Siti" ulduz futbolçusu Bernardo Silvanın mövsüm sonunda komandadan ayrılacağını rəsmən elan edib. Sport24.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi sosial media hesabından paylaşdığı mesajla kluba və azarkeşlərə vida edib.
Silva mesajında bu ifadələrə yer verib:
"9 il əvvəl bura gələndə bir uşağın xəyallarının ardınca qaçırdım. Bu şəhər və bu klub mənə xəyal etdiyimdən qat-qat artıqını verdi. Birlikdə qazandıqlarımız qəlbimdə sonsuza qədər yaşayacaq bir mirasdır. Pep Qvardiolaya, texniki heyətə və bütün komanda yoldaşlarıma təşəkkür edirəm".
Bernardo Silvanın "Siti"dən ayrılacağı dəqiqləşdikdən sonra onun adı transfer bazarında ən çox axtarılan isimlərdən birinə çevrilib.
Türkiyə mətbuatının iddialarına görə, ulduz futbolçu "Qalatasaray"ın transfer siyahısındadır və "sarı-qırmızılılar"ın bu keçid üçün ciddi cəhd göstərəcəyi gözlənilir.