Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Şəki" "Abşeron Lions"la üz-üzə gələcək.
Şəki Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 14:00-da start götürəcək. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.
Günün ikinci matçında "Sabah" "Naxçıvan"la qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.
Qeyd edək ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.