Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində bu gün növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız 1/4 finalda Çin millisi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə 18:50-də başlayacaq.
Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə basketbolçularımız Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.