"Azərbaycandakı ilk matça köklənmişik". Sport24.az xəbər verir ki, bu sözləri Yunanıstan təmsilçisi "Aris"in meneceri Georgios Gougulias "Novasports"a açıqlamasında deyib.
Keçmiş futbolçu "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının oyunları ilə bağlı danışıb:
"Çətin səfər matçı olacaq. Qarşımızda uzun yol var. Ancaq hazır olacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. İki qarşılaşmanın nəticəsinə əsasən növbəti mərhələyə yüksəlməyə çalışacağıq".
Qeyd edək ki, tərəflər arasında oyunlar 24 və 31 iyulda keçiriləcək.