Frankfurt "Ayntraxt"ı "Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Maketini transfer edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı ingilis gələn həftə Almaniya klubunun bazasına gələrək danışıqlar aparacaq və klub haqqında ətraflı məlumat əldə edəcək. Futbolçu ilə Dortmund "Borussiya"sı da maraqlanır.
Qeyd edək ki, Maketi "Mançester Siti"nin yetirməsidir. O, "şəhərlilər"in əsas komandasında 34 oyun keçirib və 7 qol vurub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.