"Real"ın keçmiş qapıçısı İker Kasilyas "Kral klubu"nun keçmiş hücumçusu Kriştiano Ronaldonun səxavətindən danışıb. Veteran futbolçu bu barədə qonaq olduğu telenalların birində söz açıb:

 

"Ronaldo fenomendir, hətta akademiyanın ən gənc oyunçularına da kömək edən gözəl insandır. Ondan nə istəsən, sənə verəcək.

 

Bir dəfə mövsümöncəsi məşq üçün ABŞ-a getdiyimiz zaman o, bütün heyətə, o cümlədən bütün personala və komanda üzvlərinə ən son model iPhone və Apple saatlarını aldı. Öyünməyi sevmədiyi üçün heç harda heç nə danışmır. O, bu jestləri ilə başqalarına kömək etməyi və ya təşəkkür etməyi sevən insandır".

 

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real" formasını geyinib.