Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama oyununda üz-üzə gələcəyi daha bir komanda bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, "qartallar" yerli "Çorum" komandası ilə qarşılaşacaq.

Matç iyulun 15-də olacaq.

Türkiyə təmsilçisində Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev və "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də çıxış edir.

Qeyd edək ki, "Zirə" daha əvvəl "Ankara Keçiörengücü" (2:1) və İordaniyanın "Əl-Hüseyin" (1:0) klubuna qalib gəlib.