Ukrayna təmsilçisi "Veres" Albaniya "Eqnatiya"sında çıxış edən Azərbaycan millisinin mərkəz müdafiəçisi Zamiq Əliyevi heyətinə qatmaq niyyətindədir. Sport24.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekun mərhələdədir.

 

Yayılan söz-söhbətə əsasən transfer yaxın günlərdə rəsmiləşə bilər.

 

Qeyd edək ki, ötən mövsüm Əliyev "Eqnatiya"nın heyətində ümumilikdə 43 oyun keçirib və 1 qol vurub.