"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr"in təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.  

 

21 yaşlı yarımmüdafiəçi karyerasını Avropa klublarında davam etdirmək fikrindədir.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Ruben Amorim mövsümün son oyununda "Aston Villa" ilə matçda heyətdən kənarlaşdırdıqdan və Avropa Liqasının finalında ehtiyatda saxladıqdan sonra Qarnaçonun Mançester təmsilçisindən gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı.