"Sumqayıt"ın yeni müqavilə təklif etmədiyi Casurbek Caloliddinov ölkəmizi tərk etdi. Sport24.az xəbər verir ki, özbək futbolçu özünə yeni komanda tapıb.

 

O, Özbəkistan Superliqasında yarışan "Soqdiana" klubu ilə anlaşıb.

 

Casurbek 2026-cı il dekabrın 31-nə qədər Cizzax təmsilçisinə məxsus olacaq.

 

"Sumqayıt"ın sabiq üzvü "Bunyodkor", "Lokomotiv"(Moskva), "Tambov", "Andijon", "Kayrat", "Lokomotiv"(Daşkənd), "Neftçi"(Daşkənd) klublarında oynayıb.