Kişi basketbolçulardan ibarət "Neftçi" klubu avrokubokda mübarizə aparacaq. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi FIBA Avropa kubokunda oynayacaq.
Təmsilçimiz birbaşa yarışın müntəzəm çempionatında gücünü yoxlayacaq.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Basketbol Liqasında ikinci yeri tutub. Onlar final mərhələsində "Sabah"a uduzub.