Bu gün Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasında növbəti oyunlarına çıxacaq. Sport24.az xəbər verir ki, komandamız C qrupunda Sinqapur və Ukrayna ilə qarşılaşacaq.

 

Qrupda ilk 2 yeri tutacaq millilər 1/4 finala yüksələcəklər.

 

Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib.

 

Dünya Qadın Seriyası
12 iyul

11:00. Sinqapur – Azərbaycan
21:15. Azərbaycan – Ukrayna