Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunun sonuncu qrup oyununu keçirib. Sport24.az xəbər verir ki, milli Cəbəllütariqlə qarşılaşıb.
Görüş yığmamızın 69:40 (14:9, 14:15, 25:2, 16:14) hesablı qələbəsi ilə başa çatıb.
Daha öncə San Marinoya 105:60 hesabı ilə qalib gəlib, Andorraya (42:52) və Lüksemburqa (38:86) uduzan yığmamız qrupda 6 xalla 3-cü olub. Basketbolçularımız qitə birinciliyində 5-9-cu yerlər uğrunda oyunlarda mübarizə aparacaq.