"Sabah" göstərdiyi oyunla məğlubiyyətə layiq deyildi. Matçın ədalətli nəticəsi heç-heçə olardı. Futboldur, hər zaman şans var. Ümid edək ki, təmsilçimiz səfərdə uğurlu nəticə qazanacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Çelye"yə məğlub olduğu qarşılaşmanı şərh edib:
"İlk hissədə təmsilçimiz oyunu düzgün qurmuşdu. Rəqibin güclü və zəif tərəflərini analiz edərək iki dəfə hesabda önə keçdilər. "Çeyle"nin baş məşqçisi ispaniyalı olduğunu nəzərə alsaq, topla oynamağı sevən komandadır . Buna qarşı "Sabah" rəqibin meydanında düzgün oyun qurmuşdu. İkinci hissədə taktiki planda dəyişik oldu. Valdas Dambrauskas hesabı qorumaq üçün komandanı geri çəkdi. Bu da Sloveniya təmsilçisinin əl-qolunu açdı. "Çeyle" ciddi və təhlükəli komandadır, oturuşmuş heyətləri var. "Sabah"da yaxşıya doğru cizgilər görünür. Komandaya yeni təcrübəli futbolçular cəlb olunub. Dünənki matçda rəqibin ustalığı sözünü dedi. "Sabah"ın futbolçuları isə fiziki cəhətdən axsayırdılar. Bu, ikinci hissədə özünü göstərdi. Baş məşqçi də bunu hiss edirdi".
Qeyd edək ki l, komandalar arasındakı cavab görüşü iyulun 17-də olacaq.