"Kəpəz"də daha bir şok ayrılıq yaşana bilər. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
İddiaya görə, İdarə Heyətinin yeni sədri Namiq Qədirov postunu tərk etməyi planlaşdırır. Onun hansı səbəbdən bu addımı atmaq istəməsi bəlli deyil.
Qeyd edək ki, daha əvvəl sədrin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov Gəncə təmsilçisi ilə vidalaşıb. Namiq Qədirov mayın 10-da sədr seçilmişdi.