"Marsel" azad agent olan hücumçu Pyer-Emerik Obameyanqa müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) insayder Nikolo Skira məlumat yayıb.

 

 Müqavilənin müddəti bir il üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, 36 yaşlı Pyer-Emerik Obameyanqın əvvəlki klubu Səudiyyə Ərəbistanının "Əl-Kadisiya" klubu olub. Hücumçu 2024/2025 mövsümündə Pro Liqada 32 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Səudiyyə Ərəbistanı kubokunda isə  dörd oyunda dörd dəfə fərqlənib.