"Kəpəz" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, "sarı-göylər" Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.
O, Gəncə klubuna azad agent kimi qoşulub. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib.
Qeyd edək ki, Adama Fofana Fransada "Dijon", İsveçdə "Verberq"in uğurları üçün çalışb.