Azərbaycanı qadınlar arasında UEFA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək "Neftçi"nin oyununun yeri dəqiqləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Türkiyə təmsilçisi "Fomget"lə 1-ci raund matçını Albaniyada keçirəcək.

 

Bu barədə qərarı UEFA verib. Görüş iyulun 30-da Tiranadakı "House of Football Natural Pitch" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, 1-ci raund yarımfinal və final mərhələsindən ibarət olacaq.

 

"Neftçi" "Fomget"i mübarizədən kənarlaşdırsa, avqustun 3-də mini finalda İsrailin "Kiryat" klubu ilə qarşılaşacaq. Qalib II təsnifat mərhələsinə yüksələcək.