"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Rikardo Apolinarionu heyətinə qatıb. 

 

26 yaşlı yarımmüdafiəçi ilə iki illik (1+1) müqavilə imzalanıb. Rikardo son olaraq Portuqaliyanın "Uniao Santarem" klubunda çıxış edib.

 

Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveiranı transfer edib.