Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ikinci yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderlandın "Tvente" klubu ilə üzə-üzə gəlib.

 

Qarşılaşma Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

"Qarabağ"ın heyətində Abdullah Zubir 2 dəfə fərqlənib. Digər qolu isə Leandro Andrade vurub.

 

Qeyd edək ki, bu gün "Qarabağ"la "Tvente" arasında daha bir matç keçiriləcək.