Frankfurt "Ayntraxt"ının hücumçusu Yuqo Ekitike karyerasını "Liverpul"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Givemesport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, mersisaydlılar 23 yaşlı fransalının transferi ilə bağlı danışıqlara başlamağa hazırdı.

 

Qeyd edək ki, Ekiteke ötən mövsüm 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 75 milyon avro qiymətləndirir.