"Napoli" "Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaçonun transferində israrlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu 20 yaşlı argentinalını 45 milyon funt-sterlinqə transfer etməyə ümid edir.
Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Qarnaço 2024/25 mövsümündə bütün turnirlərdə 58 matçda meydana çıxıb, 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.