"Qarabağ"la yollarını ayıran monteneqrolu futbolçu Marko Veşoviç sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 33 yaşlı cinah müdafiəçisi Ağdam təmsilçisində unudulmaz dörd il keçirdiyini yazıb.
Veşoviç komandada saysız-hesabsız xatirələrinin olduğunu vurğulayıb:
"Bu anlar ürəyimdə əbədi qalacaq. Premyer Liqada titullar, avrokuboklar yaxşı nəticələr əldə etdik. İlk günlərdən azarkeşlərin dəstəyini hiss edirdim. Bunu heç vaxt unutmayağacam. "Qarabağ" həmişə mənim bir parçam olacaq. Yeni bir səhifə açmaq vaxtıdır. Amma getdiyim yerdə sizi də özümlə aparacağam. Bütün qəlbimlə təşəkkür edirəm".
Qeyd edək ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Marko Veşoviç 2024/2025 mövsümünün sonunda klubdan ayrılıb.