Basketbol üzrə Azərbaycan çempionu "Sabah"ın Çempionlar Liqasının müntəzəm mövsümünün B qrupunda oyunlarının tarixi və başlama saatı müəyyənləşib. Sport24.az xəbər verir ki, 3 qat Azərbaycan çempionunun rəqibləri "Alba" (Almaniya) və "Nimburk" (Çexiya), eləcə də 3-cü təsnifat qrupunun qalibi daha sonra müəyyənləşəcək.
7 oktyabr
21:30 "Nimburk" – "Sabah"
15 oktyabr
21:00 "Sabah" – "Alba"
29 oktyabr
3-cü təsnifat qrupunun qalibi – "Sabah" (oyunun vaxtı daha sonra açıqlanacaq)
12 noyabr
20:00 "Sabah" - 3-cü təsnifat qrupunun qalibi
10 dekabr
20:00 "Sabah" – "Nimburk"
16 dekabr
22:00 "Alba" – "Sabah"
Oyunların başlama vaxtı Bakı vaxtı ilə qeyd olunub.