Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, Super Liqa nəhəngi Ceyden Ostervoldenin sözləşməsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Niderlandlı sol cinah müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"daan transfer edib. 24 yaşlı arxa xətt oyunçusu ötən mövsüm İstanbul təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.