İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək.

 

Növbəti gündə böyüklər qum üzərində ən güclüləri aydınlaşdıracaq.

 

Çimərlik Arenasında təşkil ediləcək yarışda ilkin görüşlərə 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.

 

Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.