"Sabah"ın qapıçısı Stas Pokatilov Avropa Liqasında "Çelye"yə (Sloveniya) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, qazaxıstanlı qolkiper jurnalistlərin suallarını cavablandırdı…

 

– Rəqib haqda məlumatlıyıq. "Çelye"nin güclü və zəif tərəflərini bilirik. Şanslar bərabərdir. Bu oyuna hazır olduğumuzu deyə bilərik.

 

– Mövsümün sonunda kubok qazandınız və baş məşqçi Vasili Berezutski klubdan ayrıldı. Kluba onun istəyi ilə gəlmişdiniz. Hazırda komandada vəziyyət necədir?

– Əvvəlki məşqçi heyətinə təşəkkür edirəm, onlarla tarix yazdıq. Yeni baş məşqçimizin oyun üslubu, məndən istədikləri xoşuma gəlir. Oyunu səbirsizliklə gözləyirəm.