İyulun 10-da Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. Sport24.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Oğlan boksçulardan ibarət yığmamızın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov birincilikdə Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Məhəmməd Rəsulov (50 kq), Sadiq Musayev (52 kq), Raul Heydərli (54 kq), Əflatun İsmiyev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Dəniz Zeynalov (66 kq), Adil Zalov (70 kq), Hüseyn Vahabov (75 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcəklər.
Qız boksçulardan ibarət komandanın məşqçisi Anar Baxışov isə yarışda Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bəkarova (63 kq) və Səma Abbasovanı (66 kq) sınayacaq.
Avropa birinciliyində Anar Nağdıyev hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, komanda Serbiyaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanıb. Boksçularımız Bakıya iyulun 17-də qayıdacaqlar.