Almaniyanın Hamburq şəhərində "Bild" mükafatlarının təqdimetmə mərasimi keçirilib. Sport24.az xəbər verir ki, ilin ən yaxşı baş məşqçisi adına "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb. 

 

Ötən mövsüm Kataloniya təmsilçisi mütəxəssisin rəhbərliyi altında La Liqanı və İspaniya kubokunu qazanıb. Bu, "Barselona" tarixində 9-cu dəfə İspaniyada "qızıl dubl"u olub.

 

Qeyd edək ki, Flik ötən ilin yayından "Barselona"nın baş məşqçisidir.