"Borussiya" baş məşqçi Niko Kovaçla müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.

 

Yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2025-ci ilin yanvarında "Borussiya"ya keçib. Onun rəhbərliyi altında komanda ötən mövsüm Bundesliqanı 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.