"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynu sentyabrın 1-nə qədər transfer təklifi alacağı təqdirdə klubdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı ingilis "Mançester Yunayted"lə yeni müqavilə şərtlərini razılaşdıra bilməyib. O, həftəlik 174 min avro civarında maaş tələb edir. Hazırda isə məvacibi həftəlik 30 min avro təşkil edir.
Qeyd edək ki, Maynunun müqaviləsi 2027-ci ilin yayında başa çatır. Yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 37 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.