Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi III MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək. Sport24.az xəbər verir ki, Bakıda ilkin mərhələni başa vuran yığmamız növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kq), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kq), Sadiq Musayev (52 kq), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kq), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və Səftər Məmmədzadəni (+80 kq) yoxlayacaq.
Komandamız burada yerli boksçularla hazırlıq keçəcək, sınaq döyüşlərinə çıxacaqlar.
Qeyd edək ki, bu gün səfərə yollanacaq millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.