İtaliya A seriyasında çempion məüyyənləşib. Sport24.az xəbər verir ki, 35-ci tur çərçivəsində keçirilən matçda "doğma divarlar" arasında "Parma"nı iki cavabsız qolla məğlub edən "İnter" tarixində 21-ci dəfə ölkə çempionu olub.

 

Milan təmsilçisi ən çox titul qazanan komandalar siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya 36 çempionluqla "Yuventus" başçılıq edir. "Milan" isə 19 "qızıl"la üçüncüdür.

 

Qeyd edək ki, Kristian Kivunun komandası 82 xalla hazırda turnir cədvəlinin zirvəsindədir. Mövsümün sonuna 3 qalmış "Napoli" 70 xalla 2-ci, "Milan" 67 xalla 3-cüdür.