"Santos"un oyunçuları Neymar və veteran futbolçu Robinyonun 18 yaşlı oğlu məşq zamanı mübahisə ediblər. Sport24.az "Globo"ya istinadən xəbər verir ki, hadisə "Palmeyras"la oyunda heyətə daxil olmayan oyunçular üçün məşq zamanı yaşanıb. 

 

34 yaşlı Neymar 18 yaşlı futbolçunun driblinqindən narazı qalıb, bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib və gənc futbolçudan "daha sakit oynamasını" istəyib. Onun bu sözlərindən sonra mübahisə yaranıb və nəticədə dava düşüb.

 

İddialara görə, Neymar gənc oyunçunun üzünə yumruq vurub. Daha sonra oyun zamanı Neymar Robinyoya badalaq vuraraq yıxıb.

 

Robinyonun nümayəndələri "Santos" rəhbərliyinə şikayət ediblər. Nə klub, nə də oyunçunun agenti rəsmi olaraq yaşananları şərh etməyib. Neymarın ətrafı isə "bu barədə heç nə bilmədiklərini" bildiriblər.

 

Neymarın məşqdən sonra gənc futbolçu ilə danışdığı və emosional reaksiyasına görə üzr istədiyi bildirilir.