Misli Premyer Liqasının 30-cu turunun üçüncü oyun günündə bir görüş keçiriləcək. Sport24.az xəbər verir ki, "Qarabağ" "Tofiq Bəhramov""da "Turan Tovuz"u qəbul edir.

 

Hesabat həftəsinin mərkəzi qarşılaşması maraqla gözlənilir. Hazırda aktivində 59 xal olan meydan sahibləri turnir cədvəlinin 2-ci, ondan 3 xal gerin qalan qonaqlar isə 3-cü pilləsində qərarlaşıb. "Boz qurdlar" çətin səfərdən 3 xalla qayıdacağı halda ikinci yerə yüksələ bilər. Çempionluğu əldən verən Qurban Qurbanovun yetirmələri bunu başa düşür və heç şübhəsiz ki, ikinciliyi də əldən verməmək üçün qələbəyə kökləniblər. 

 

Qeyd edək ki. tura sabah keçiriləcək "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXX tur

19:30. "Qarabağ" - "Turan Tovuz"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.