Qızlardan ibarət basketbol üzrə U-18 millimiz Avropa Çempionatının B divizionunda növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması 4-cü qrupun oyununda İslandiyanı 86:79 hesabı ilə məğlub edib.
Millimiz növbəti matçını iyulun 9-da Kosovo seçməsinə qarşı keçirəcək.