"Atalanta"nın hücumçusu Mateo Reteqi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Əl-Kadisiya" italiyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

Ərəblər Reteqi üçün "Atalanta"ya 53 milyon avroluq təklif göndərib. İtaliya klubu isə 26 yaşlı forvard üçün 60 milyon avro tələb edir.

 

Oyunçu özü Səudiyyə Ərəsistanına yollanmağa isti yanaşır.

 

Qeyd edək ki, "Atalanta" Mateo Reteqini 2024-cü ilin yayında "Cenoa"dan transfer edib. İtaliya millisinin hücumçusu ötən mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 28 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.