Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" daha bir legioner transfer edib. Sport24.az xəbər verir ki, komanda Sezer Enrike Dias Santosu heyətində cəlb edib.
Braziliyalı futbolçu ilə birillik müqavilə imzalanıb. 25 yaşlı müdafiəçi Braziliyanın "Kaxias" klubundan transfer olunub.
Qeyd edək ki, Enrike 2025-ci ilin ilk yarısını icarə əsasında "Sao Xose"də keçirib. O, Paulista ştatının çempionatında 8 oyunda meydana çıxıb.