Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, yarışda mübarizə aparacaq Azərbaycan millisi qrupda hər iki qarşılaşmaya ilk oyun günündə çıxacaq.
Təmsilçimiz öncə "Tsukuba" (Yaponiya), ardınca "Lozanna" (İsveçrə) ilə gücünü yoxlayacaq.
Dünya Qadın Seriyası
11 iyul
13:20. Azərbaycan - "Tsukuba" (Yaponiya)
15:00. Azərbaycan - "Lozanna" (İsveçrə)