"Mançester Yunayted"in hücumçusu Markus Reşford "Barselona"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, kataloniyalılar "Atletik"dən Niko Uilyamsın transferinin pozulmasından sonra diqqətini 27 yaşlı ingilisə yönəldib.

 

Həmçinin bildirilir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik Reşford keçidinin əleyhinə deyil. "Mançester Yunayted" bu transferdən təxminən 48 milyon avro qazanmaq istəyir.

 

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. O, 17 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.