18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunda son matçında Ermənistanla görüşüb.

 

Hər iki komanda yarımfinala vəsiqəni təmin etdiyindən qarşılaşma B qrupunun liderini müəyyənləşdirib. Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. 

 

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.

Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
Azərbaycan – Ermənistan - 76:69 (20:12, 25:23, 11:19, 20:15)

Tomorr Sinani İdman Sarayı