Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Priştina və Quba mərhələləri ərəfəsində yarışın ümumi cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, əvvəlki raundlarda 48 komanda iştirak edib.

 

Azərbaycan millisi 109 xalla 25-ci pillədədir. "Baku Flames" klubu isə 35 xalla 46-cı sırada qərarlaşıb.

 

Qeyd edək ki, cədvələ 430 xala malik Fransa başçılıq edir. Kanada (410), Niderland (400), Almaniya (290), Polşa (285), Çin (280), Monqolustan (265) və İtaliya (260) yığmaları da final mərhələsinə vəsiqəni təmin edib.