Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq.

Sport24.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, dekabrdan start götürəcək Həvəskar Basketbol Liqası (HBL) və Tələbə Basketbol Liqası (TBL) adları ilə baş tutacaq turnirlərdə müvafiq olaraq 7 həvəskar və 8 universitet komandasının iştirakı gözlənilir.

Bundan əlavə, 19 noyabrda 8 kollektivin iştirakı ilə "3x3 Qadın Basketbol Liqası" (3x3 QBL) adlı yarış, dekabrda isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə "Uşaq Gənclər Basketbol Liqası" (UGBL) adlı çempionatın startı planlaşdırılır.

Xatırladaq ki, oktyabrda Azərbaycan Basketbol Liqası başlayıb. Bu yarışın oyunları "Sərhədçi" İdman Mərkəzində, digər liqaların matçları isə, Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin idman zallarında baş tutacaq.