Xəbər Lenti

    Karateçilərimiz beynəlxalq turnirdə 13 medal qazanıb

    DigərTarix: 2017-08-15 10:11:00
    ...

    Azərbaycanın karateçiləri İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirini 4 qızıl, 5 gümüş, 4 bürünc olmaqla 13 medalla başa vurublar.  Sport24.az xəbər verir kiŞ 14-15 yaşlı yeniyetmələrdən Ceyhun İsmayılov (kata), Tale Yaqubov (-57 kq) qızıl medala, Hüseyn Hüseynzadə və Sultan Hüseynov gümüş, Hüseyn Məmmədli isə bürünc mükafata sahib olub. 16-17 yaşlı gənclərdə Hümmət Baxşəliyev (-61 kq) birinci yeri, Müseyib Məmmədov (-55 kq) ikinci pilləni, Kənan Mir Pənah (kata) və Murad Balakişiyev (-76 kq) isə üçüncü sıranı tutub. 

    Böyüklərin yarışında Roman Heydərov (kata) çempion olub, Rafiz Həsənov (-67 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Komanda çıxışlarında Şahin Atamov, Əli Cəfərov, Rafiz Həsənov, Novruz Əliyev, Pənah Abdullayev, Turqut Həsənov və Məhəmməd İsmayılovdan ibarət heyət yalnız İranın birinci komadasına məğlub olaraq gümüş medallara sahib olublar. Emil Güləhmədov, Murad Hacızadə, Orxan Əhədov, Samir İbrahimov, Elcan Məmmədrzayev, Ruslan Əhmədov və Hüseyn Əliyevdən ibarət ikinci komandamız isə Türkiyə komandası ilə birgə bürünc medal əldə edib. 

    Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyədə ənənəvi yarışda iştirak edən heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Dünya Karate Federasiyasının (WKF) Texniki komitəsinin və Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Y.Bəşirov mükafatlandırma mərasimlərində iştirak edib. 

    Urmiyə şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində 13 ölkədən 312 idmançı mübarizə aparıb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3