Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Sumqayıt" – "Qarabağ" qarşılaşması qapıçımız Xəyal Fərzullayev üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, akademiyanın yetirməsi olan 18 yaşlı futbolçu Premyer Liqada debüt matçını keçirib.
10 yaşından "Sumqayıt"ın üzvü olan Xəyal çıxdığı ilk çempionat oyununda qapısını toxunulmaz saxlamağı bacarıb.
Qeyd edək ki, Xəyalla yanaşı bu mövsüm komandamızın heyətində akademiyanın daha bir yetirməsi – Sənan Muradlı da Premyer Liqada debüt edib.